- GƏLƏCƏYİN
AVTOMOBİLLƏRİ - Çərçivələrə sığmayan və standartlara meydan oxuyan yaradıcı yanaşma, ən son texnologiyaların istifadəsi və insanların avtomobillər haqqında arzularını anlamaq dizayner komandalarımıza gələcək megatrendləri müəyyən etməyə kömək edir. Qlobal dizayn şəbəkəmiz ABŞ, Avropa, Yaponiya, Çin və Hindistanın böyük megapolislərindən ilhamlanaraq gələcəyin dizayn ənənələrini formalaşdırır.
- 01
Dizayn planlaması - Orijinal mənzərə və özünəməxsus konsepsiyalar ərsəyə gətirmək üçün dünyanın müxtəlif hissələrində müşahidə olunan yerli trendlər və istehlakçıların həyat tərzləri tədqiq edilir.
- 02
Layihələndirmə və maket hazırlanması - Dizayn konsepsiyası müəyyən olunduqdan sonra, layihələr çəkilir və ilkin təsvirlər hazırlanır.
- 03
¼ nisbətində maket - İlkin təsvirlər arasından bir dizayn istiqaməti müəyyən edilir və növbəti təkmilləşdirmələr üçün 3 ölçülü gil modeli hazırlanır.
- 04
Rəqəmsal modelin hazırlanması - Bu mərhələdə dizayn layihəsinin yeni 3 ölçülü təsviri yaradılır. Bu təsvir dizaynın ümumi qiymətləndirilməsi və aerodinamik göstəricilərinin ölçülməsi üçün istifadə olunur.
05Virtual reallıq təsviri
3 ölçülü görüntülər əsasında avtomobilin virtual müstəvidə real obrazı hazırlanır.
- 06
1:1 nisbətində gil modeli - Bu mərhələdə 5 oxlu rəqəmsal modelləşdirmə cihazları vasitəsi ilə avtomobilin real ölçüdə maketi hazırlanır, rəssamların və mütəxəssislərin son ştrixləri əlavə olunur.
- 07
Duyğu yüklü
rəng seçimləri - Keyfiyyətli materialların və yeni texnologiyaların istifadəsi avtomobil dizaynının səviyyəsini müəyyən edir. Yeni, dözümlü və incə materialların, o cümlədən, unikal və parlaq rəng çalarlarının tətbiq olunması ilə tamamlanan dizayn prosesi yeni avtomobilin işıq üzü görməsi ilə nəticələnir.