İlk dövrlərdə ucuz avtomobil istehsalçısı kimi tanınan HYUNDAI sonralar keyfiyyətli avtomobillərin istehsalçısı oldu. Xüsusən də 1999-cu ildə yeni keyfiyyət strategiyasının əsası qoyuldu və artıq bundan sonra bütün dünyada uğurlar qazanılmağa başlandı.
ABŞ, Böyük Britaniya, Almaniya kimi avtomobil istehsalçılarının gərgin rəqabətdə olduğu bazarlarda HYUNDAI mükafatlara laiq görüldü.
-Getz 2004-cü ildə Britaniyada iki il istifadə müddətində ən az problem yaradan avtomobil seçildi.
- 2004-cü ildə Strategic Vision Total Value Study raportunda Hyundai ikinci sırada yer aldı və Elantra, Grandeur, Santa Fe öz siniflərində müştərilərin ən razı qaldığı avtomobil adına laiq görüldü
- 2006-cı ildə J.D. Power and Associates Total Quality Study nəticələrində HYUNDAI Porsche və Lexsus ilə birlikdə ən az problem yaradan avtomobillər arasında ilk üç arasında göstərildi.
|