Hyundai Avto Azərbaycan Hyundai Motor Company-nin rəsmi distribyutorudur. Bu isə o deməkdir ki, biz sizə üçün Avropa spesifikasiyalı və Azərbaycan şəraitinə uyğun modelləri təqdim edirik.
HYUNDAI modellərindən tanıdığınız bəzi təhlükəsizlik sistemləri haqqında qısa məlumat:
ABS: Anti-skid Braking System təkərlərin kilitlənməsinin və sürüşməsinin qarşısını alır. Bu sürücünün əyləcə basdığı anda sürüşə nəzarəti itirməməsi üçün həyatı əhəmiyyətlidir. Bundan əlavə dayanma məsafəsini də qısaldır.
ESP: Electronic Stability Program avtomobilin hərəkat anında yana sürüıməsinin, yerindən oynamasının qarşısını alir. İnsan reaksiyasindan 40 dəfə daha sürətli olan daxili ağıllı sistem sürücüdən əvvəl hər hansı bir təhlükəyə reaksiya verir. ESP sistemi ilə ən uyğun avtomobilləri HYUNDAI təqdim edir. Hamımızın təhlükəsizliyi üçün!
EBD: Bu sistem sayəsində yol və sürüş şəraitinə uyğun olaraq əyləcə basıldığı anda dayanmanın bütün təkərlərə lazımı səviyyədə paylanması təmin olunur. Bu isə daha az zaman və məsafədə dayanma deməkdir.
TCS: Traction Control System avtomobilin dayandığı yerdən sürətlənməsi zamanı avtomobilin gçvdəsinin, xüsusən də arxa hissəsinin sürüşməməsi üçün hazırlanıb. Bu xüsusiyyət əsasən SUV və CUV modellərdə yerləşdirlir. Sistem eyni zamanda motor gücünün yol şəraitinə görə düzgün paylanmasını da təmin edir.
|