HYUNDAI AUTO AZERBAIJAN
Minik maşınları Ticari maşınlar NİYƏ HYUNDAI FƏALİYYƏTLƏR HAQQIMIZDA FAYDALI MƏLUMATLAR ƏLAQƏLƏR
  İdman və sosial fəaliyyətlər     Sponsorluqlar  
FƏALİYYƏTLƏR
İdman və sosial fəaliyyətlər
Sponsorluqlar
 
Gələcəyimiz üçün əl-ələ 

Hyundai Auto Azerbaijan şirkəti 2009-cu ildən başlayaraq “Gələcəyimiz üçün əl-ələ” və onun tərkib hissəsi olan “Uşaqlarıımız üçün əl-ələ” sosila məsuliyyət layihəsini həyata keçirməyə başladı. “Uşaqlarımız üçün əl-ələ” sosial layihənin məqsədi avtomobil qəzalarında valideynlərini itirmiş uşaqların arzularını reallaşdırmaq, onların müxtəlif ehtiyaclarını qarşılamaq olmuşdur.

Bu layihədə uşaqlara ümumilikdə 17 min manata yaxın birdəfəlik yardım göstərilmişdir. Bu il yanvarın 1-dən başlanan aksiya zamanı Hyundai Auto Azerbaijan şirkəti tərəfindən Bakı, Ağsu, Cəlilabad və Şəkidən olan valideynlərini avtomobil qəzasında itirmiş 18 yaşınadək uşaqları olan 7 ailəyə maddi yardım göstərilmişdir.

İlkin mərhələdə 50 uşağa 50 min manat məbləğində yardım göstərilməsi nəzərdə tutulsa da, müraciət edənlərin sayı bir qədər az olub. Buna baxmayaraq aksiya üçün ayrılmış vəsait, gələcəkdə digər uşaqların təhsili və sağlamlığı ilə bağlı problemləri və ehtiyaclarını qarşılamaq üçün yönəldiləcək. Bununla yanaşı digər sosial aksiyalar üçün də, Hyundai Auto Azerbaijan şirkəti vəsait ayıracaqdır.  
 

Top festivalı 

Hyundai Auto Azerbaijan ölkəmizdə futbolun inkişafına dəstək vermək məqsədilə  AFFA ilə birlikdə UEFA-nın proqramına uyğun olaraq Sumqayıt  şəhərindəki Kimyaçı Mədəniyyət Sarayının qarşısında Top Festivalı keçirmişdir.

Tədbir içtirakçıları arasında FİFA-nın Avropada futbolun inkişafı üzrə meneceri Yeva Paskue, FİFA-nın Qadın Futbolu Komitəsinin üzvü Mişel Koks və 15 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Sissi Rayt da olub. 
 
“Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil etmiş Aysel Teymurzadənin çıxışı Festival iştirakçıları arasında böyük maraqla qarşılanıb. 
 
Festival çox gərgin və maraqlı keçib mübarizədən Tural Bayramlı qalib ayrılıb. 2-ci yeri Ramil Orucov, 3-cü yeri isə Ülvi Bayramlı tutub. 
 
Qızlar arasında yarışın qalibi Nərminə İsmayılova olub. Finala gədər gəlib çixa bilən balaca Aytaçın çıxışı isə Festivalı tam bir şouya çevirib. 
 
Onu da qeyd etmək istərdik ki, Hyundai Auto Azerbaijan.AFFA ilə birlikdə belə layihələri respublikanın digər şəhər və rayonlarında da davam etdirəcək.

Eyni qəbildən olan Top Festivalları  daha öncə Bakı və Lənkaran şəhərlərində  də keçirilmişdir. Keçirilən Top Festivallarında bu günə  qədər ümumilikdə 2800dən çox uşaq iştirak etmişdir. 

Futbola Dəstək

Hyundai Auto Azerbaijan ölkəmizdə futbolun inkişafına dəstək verir. 20062007-ci illərdə qeyri-peşəkarlar arasında keçirilən fudzal turniri təşkil edilmişdir. Turnirin Almaniyanın Frankfurt şəhərində beynəlxalq turnirdə iştirak etmişdir.

Uşaq futboluna dəstək məqsədilə AFFA ilə birlikdə uşaqlar arasına "Topla Maksimum Təmas" yarışmasına sponsorluq edən Hyundai Auto Azerbaijan, 2008-ci ildə də bir neçə bu tipli yarışmalar təşkil edərək ölkəmizdə futbolun inkişafına dəstəyini davam etdirəcək.

Qanunlara Riayət Edin

2007-ci ilin Fevral ayında Hyundai Auto Azerbaijan "Yol Hərəkəti Qaydalarına Riayət Edin" kampaniyası başlatdı. Bütün Televiziya kanallarında yayımlanan bu kampaniyaya aid video lentlər  cəmiyyətimizdə çox müsbət qarşılandaı və öz təsirini göstərdi.

F1

Hyundai Auto Azerbaijan özünün Fan Club üzvlərinə qayğı ilə yanaşır. 2006/2007 F1 sezonunun İstanbul Park-da keçirilən mərhələsinə 5 Fan Club üzvünü gçnədərn HYUNDAI bunu bir daha sübut etdi.

HYUNDAI Türkiyə Zavoduna səyahət

Avqust ayında Fan Club üzvləri İzmit HYUNDAI ASSAN zavoduna ekskursiyaya göndərildilər. Avtomobil istehsalını görmək onlar üçün çox maraqlı oldu.

"Uşaqları qoruyun"

Hyundai Auto Azerbaijan Fan Club üzvləri ilə birlikdə 2007-ci ilin İyun ayında "Qanunlara Riayət edin!", "Uşaqları Qoruyun" və "Sürət Həddini Aşmayın" şüarları ilə avto yürüş təşkil etmişdir.

HYUNDAI AUTO AZERBAIJAN və "Altıncı"

Sosial fəaliyyətlər işərisində xüsusi yeri mədəniyyətimiz ilə əlaqədar tədbir və layihələr tutur. Bunlardan biri də gənc və istedadlı yazıçı Günel Anarqızının "ALTINCI" əsərinin audio kitab - mp3 formatında buraxılmasıdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi" əsərinin davamı, Təhmimənin gündəlikləri olan bu audio kitab şirkətin alıcılarına hədiyyə edilməklə bərabər ABC və GRAND mağazalarında satışa təqdim edilmişdir.

HYUNDAI KUBOKU

Azərbaycanın ən çox avtomobil satan avto dileri olan  Hyundai Auto Azerbaijan yüksələn iqtisadiyyatımızda özünəməxsus yer tutmaqla bərabər, ölkəmizin  sossial və mədəni həyatında da aktiv fəaliyyət göstərir. Hyundai bütün dünyada adını eyni zamanda, FİFA və UEFA-nın rəsmi partnyoru, Avropa və Dünya Çempionatlarının rəsmi sponsoru kimi də tanıtmışdır. Odur ki, Azərbaycanda da artıq Futzal üzrə Hyundai Kuboku yarışmaları ənənvi hal almışdır. 2008-ci ildə isə bu turnirin daha böyük vüsətlə keçirilməsi nəzərdə tutulur.


Hyundai Motor Company - Azərbaycan © 2007