HYUNDAI AUTO AZERBAIJAN
Minik maşınları Ticari maşınlar NİYƏ HYUNDAI FƏALİYYƏTLƏR HAQQIMIZDA FAYDALI MƏLUMATLAR ƏLAQƏLƏR
  Kredit şərtlərimiz     Kampaniyalar     Terminologiya     Avtomobil baxımı  
FAYDALI MƏLUMATLAR
Kredit şərtlərimiz
Kampaniyalar
Terminologiya
Avtomobil baxımı
 

ABS (Antiblock Brake System)

Sistem 1936-cı ildə Almaniyada kəşv olunub. ABS olmayan sistemlərdə xüsusən də nəmli hava şəraitində qəfl əyləcə basıldığı təqdirdə təkərlərdə kilitlənmə olur və control itir. Avtomobil sürüşür. ABS belə hallarda təkərlərin kilitlənməsinin qarşısını alan sistemdir. Burada əsas məqsəd sürücüyə əyləcə anı basdığı vaxtlarda avtomobilə nəzarəti itirməməsini təmin etməkdir. Sistem dayanma məsafəsini də az da olsa qısaldır. Ancaq bu cüzidir.

İşləmə prinsipi isə belədir: Təkərlərdə yerləşdirilən sürət sensorları ani və sərt əyləcə basıldığı vaxt avtomobilin sürüşməyə başladığını müəyyənləşdirir və mərkəzi nəzarət sisteminə (Beyin) göndərir. Hidarvlik kontrol vasitəsi təkərlərdəki yüksək təzyiqin ya qarşısını alır ya da azaldır, beləcə çox qısa müddətdə sürücü təkrar kontrolu ələ alır.

ABS aktiv olduqda bu sürücü tərəfindəın hiss edilir; pedal sərtləşir, təzyiq dalğaları hiss edilir. Belə olduğu təqdirdə əyləc pedalına basmağa davam etmək lazımdır.

ABS system sizə daha sürətli hərəkət etmək, döngələrdə yüksək sürətlə hərəkət etmək, ani manevrlər etmək imkanı vermək üçün deyil.

AERODINAMIKA

Avtomobil istehsalçıları motorun gücünü artırmaqla yanaşı hava müqaviməti nəticəsində yaranan itkiləri də minimuma endirmək üçün yollar axtariblar. Aerodinamika havanın güc təsirini öyrənən elmdir.

BI-XENON

Bi-Xenon faralar, hazırda istifadə olunan ən yüksək texnologiyalı faralardır. Bi-Xenon adı uzun və qısa faralar üçün iki ayrı xenon lampa istifadə olunduğuna görə verilib. Xenon faraların dalğa uzunluğu və maviyə çalar rənginə görə günəş işığına çox bənzər olur və qarşıdan gələn sürücün gözünü almır və yansıması az olur. Xenon qazının üçərisindən gələn işıq 70 mm hərəkətli lensdən keçərək geniş və uzun məsafəli “uzun fara” təsiri yaradır. Xenon taxılan avtomobillərə fara yuma sisteminin quraşdırılması da məsləhətlidir. Çünkü, halogen lampalara görə daha çox qırılır və aydınlatma zəifləyir. Xarab olduğu təqdirdə bütün sistem komplekt dəyişdirilməlidir. Klassik sistemlərdə isə ancaq lampanın dəyişdirilməsi kifayət edir.

COMMON RAIL DIESEL (CRDi)

Yeni nəsil dizel motorlarda istifadə olunan injektor sistemdir. Bir yüksək təzyiqli yanacaq pompası, buradan silindirlərə gedən metal yanacaq boruları, yanma qutularına bağlı, onsuz da yüksək təzyiqlə püsükürtülməyi gözıləyən yanacağın yanma qutularına girişinə icazə verən piezoelektrik kontrollu injektorlar və bu injektorlara əmr göndərən kontrol kompyuterindən ibarət olan bir sistemdir. Sistemin Common Rail adlandırılmasının səbəbi budur; yanacaq, pompadan silindirə qədər həmişə yüksək təzyiq (1500 bar) altında saxlanılır. Yanacağı silindirə püskürən injektorlar elektronik kontrollu olduqları üçün, motor kontrol programıyla, fərqli yük hallarında fərqli miqdarlarda yanacağı rahat təmin edə bilirlər. Püskürtülən yanacağın yüksək təzyiqli olması daha yaxşı yanma və daha az yanmamış artəq deməkdir ki, bu da arzu olunan hadisədir.

Bu sistem əvvəlki sistemlərə görə daha səssiz işləyir. HYUNDAI, Toyota, Nissan, Honda kimi markalar CRDi motorlardan istifadə edirlər.

CRUISE CONTROL (Avtomatik Sürət Kontrolu)

Sürücünün qazdan ayağını çəkməsinə imkan verən sistemdir. Bu sistemdə avtomobilin hansı sabit sürətlə getməsini istəyən sürücü istədiyi sürətə çatanda düyməyə basır və avtomobil istədiyi sürətlə hərəkət edir. Sistemi təxirə salmaq istədiyiniz təqdirdə təkrar həmin düyməyə basmaq kifayətdir.

DISC BRAKE: (Disk Əyləc)

Bu sistemdə çarx kalibrlar vasitəsi ilə sixilir və dayanma təmin edilir. Disk Əyləclər nəmli və isti hava şəraitində daha DRUM BRAKE sisteminə görə daha effektli fəaliyyət göstərir.

Electronic Brakeforce Distribution (EBD)

Elektronik Əyləc Paylayıcı sistem yol şəraitindən, sürətdən, yüklənmədən asılı olaraq ani dayanma zamanı təkərlərə lazım olan təzyiqi göndərir. Bu əsasən ABS sistemlə birlikdə fəaliyyət göstərir və dayanma məsafəsinin qisaldılmasını və ABS-nin daha effektiv fəaliyyətini təmin edir.

ESP (Electronic Stability Program)

Əsasən ABS və TCS sistemləri ilə kombinasiyalı işləyir. Sükana bağlı sensor sükanın dönüş dərəcəsi ilə avtomobilin gediş yönü arasındakı balansı control edir. Əgər arada bir uyğunsuzluq olsa, ESP dövriyəyə girir və birinci növbədə təkərlərə göndərilən gücü azaldır.

INTERCOOLER

Turbo motorlarda istifadə olunan hava soyutma sistemidir. Turbo sistemdə hava presləndiyi vaxt isinir və beləcə molekullar geniılənir, hava daha çox yer tutur. Bu isə daha az hava püskürtməyə səbəb olur. Az hava isə yanmanı azaldır. Sistem havanı soyudaraq silindirə daha çox hava göndərir. İşləmə prinsipi motor soyutma sistemindəki radiator kimidirç ancaq burada su deyil hava soyudulur.

SPOILER

Arxa spoiler avtomobilin üstündeki hava axımını tənzimləyərək havanın axımının sürətini azaldır və təzyiqi artırır. Artan təzyiq avtomobilə əlavə itələmə gücü qazandıraraq hava müqavimətini azaldır, güc itkisini minimuma endirir.

Qabaq spoiler isə küləyin istiqamətini dəyişərək yuxarı göndərir və beləcə avtomobilin qabaq altında yğksək təzyiqin qarşısını alır. Burada təzyiq əmələ gəlsə yüksək sürətdə avtomobil yerdən uça bilər.

SUPERCHARGER

Supercharger hava kompressorudur. Vəzifəsi havanı yüksək təzyiülə sıxışdıraraq yanma qutularına göndərməkdir. Bu daha çox yanma və beləliklə də daha çox güc əldə etmək üçün istifadə olunur.

TURBO

Normal motorlar atmosferli motor adlanır. Yəni, motor havanı silindir vasitəsi ilə havanı sorur və silindir gücünün çatdığı qədər hava sorur, yanmanı təmin etmək üçün oksigen çəkir. Atmosferli motorlarda yanmadan çölə tullanılan yanacaq miqdarı daha çoxdur. Turbo sistemin məqsədi motora daha çox oksigen ötürməkdir. Eqzoz qaz çıxışında yerləşdirilən tribun qaz çıxışının təsiri ilə fırlanır və burada əldə edilən güc digər tərəfdə havanı presləmək üçün istifadə olunur. Kompressor havanı sıxışdırı və silindirlərə atmosferli motorlarda olduğundan daha çox hava göndərir. Beləliklə çox oksigenlə göndərilən yanacağın böyük hissəsi yanır ki, bud a öz növbəsində daha az qaz emissiya çıxışı və daha çox güc deməkdir.

YAĞIŞ SENSORU

Bütün yağış sensorları eyni sistemlə işləyir. Bu sensorlar ığıənin arxasından ıüalar gündərir. Yağış damcılarının bu şüalarda yaratdığı təsir sensorlar tərəfindən müəyyən edilir. Bir çox sistemdə bu şüalar infrared şüalardır. Yağış damcıları bu şüaları azaldır, bunu hiss edən sensor fəaliyyətə başlayır və siləcəkləri işə salır.


Hyundai Motor Company - Azərbaycan © 2007