HYUNDAI AUTO AZERBAIJAN
Minik maşınları Ticari maşınlar NİYƏ HYUNDAI FƏALİYYƏTLƏR HAQQIMIZDA FAYDALI MƏLUMATLAR ƏLAQƏLƏR
  Hyundai Azərbaycanda     Xəbərlər  
HAQQIMIZDA
Hyundai Azərbaycanda
Xəbərlər
 
UŞAQLARIMIZ ÜÇÜN ƏL-ƏLƏ   –  [26.12.2009]

Hyundai Auto Azerbaijan 2010-cu il yanvar ayının 1-dən “Gələcəyimiz üçün əl-ələ” aksiyasına start verəcəkdir. Bu aksiyanın ilk tədbiri “Uşaqlarımız üçün əl-ələ” devizi altında keçiriləcək və valideynlərini avtomobil qəzasında itirmiş uşaqlara yardım xarakteri daşıyacaqdır. Aksiya 2010-cu il boyu davam edəcəkdir. Əsas məqsəd valideyn sevgi və himayəsindən məhrum uşaqlara sağlıq və təhsil problemlərinin həllində kömək etməkdir. Ilkin mərhələdə 50-yə qədər uşağa 50000 AZN məbləğində yardım göstərilməsi nəzərdə tutulur.

Müraciət edən şəxslər aşağıdakı sənədləri təqdim etməlidir:

1.   Müraciət forması.

2.   Valideynin ölüm səbəbini təsdiq edən sənəd. (Prokurorluq orqanlarından)

Qeyd: Aksiyaya yalnız valideynlərini 2009-cu ildə itirmiş 18 yaşına qədər uşaqlar qatıla bilərlər.

 



Hyundai Motor Company - Azərbaycan © 2007