Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2023-03-03 15:00:00

Rəsmi Hyundai servis mərkəzlərində xanımlara özəl 8 mart kampaniyası





“8 Mart Beynəlxalq Qadınlar Günü” ərəfəsində “Hyundai Azərbaycan” xanımların könlünü, bəylərin isə büdcəsini sevindirəcək kampaniyaya start verdi. 


Bu il 8 Mart beynəlxalq qadınlar günü ilə bağlı “Hyundai Azərbaycan” öz fəaliyyət sferasına uyğun olaraq avtomobil sahibi xanımlarımızı yenə öz rəsmi servis mərkəzlərində xüsusi təklif və güzəştlər ilə salamlayacaqdır. Rəsmi Hyundai servis mərkəzlərinə müraciət edən Hyundai avtomobil sahibi xanımlar ehtiyat hissələrinə 25%-lik endirim fonunda, həmçinin işçilik haqqına da 25%-lik güzəşt imkanı qazanacaqlar. Rəsmi servis mərkəzlərində kampaniya müddətində müraciət edən bütün xanımlar xidmətlərdən növbəsiz şəkildə yararlana biləcəklər. Hyundai avtomobil sahibi olan xanımlara özəl olan bu təkliflər ilə bərabər həmçinin onlara hədiyyələr, çiçəklər və bir sıra xoş sürprizlər də təqdim olunması şirkət tərəfindən planlaşdırılır. 

                                                    

“Auto Azərbaycan” qarşıdan gələn “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə bütün xanımları ürəkdən təbrik edir!

 

Telefon 989

www.hyundai.az

https://www.facebook.com/HyundaiAzerbaijan

https://www.instagram.com/hyundaiazerbaijan/