Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

Santa Fe Modelinə Xüsusi Təklif!





Hyundaı-dan Xüsusi Təklif!

 

Bu baharın gəlişi Hyundai salonlarında daha parlaq hiss olunur. Hyundai avtomobillərinin ölkəmizdə rəsmi nümayəndəsi “Auto Azerbaijan” şirkəti yenilənmiş Santa Fe modeli üçün yeni kampaniyaya start verib. İndi istənilən Hyundai diler mərkəzində Santa Fe modelini əldə edən hər kəsə 5 il və ya 100 000 km yağdəyişmə xidməti hədiyyə edilir. Yağdəyişmə xidmətinə mühərrik yağı, yağ filtri xərcləri və işçilik haqqı daxildir. Kampaniya məhdud sayda avtomobil üçün keçərlidir.

Qeyd edək ki, təhlükəsizliyi hər zaman ön planda saxlayan Hyundai Santa Fe Yol Təhlükəsizliyi Sığorta İnstitutunun (IIHS) Top Safety Pick+ (TSP+) mükafatına layiq görülüb. Bu institut təhlükəsizlik sınaqları əsasında avtomobil aləmindəki ən nüfuzlu mükafatları təqdim edir. Keçirilən sınaqlardan uğurla çıxan Hyundai Santa FE ümumilikdə 8 nominasiyada TSP və TSP+ mükafatlarını qazanıb. Hyundai Santa Fe modeli premium komfortu, funksionallığı sizə daha əlçatan edir və öz sinfində ölkəmizdə bir çox avtomobil alıcılarının seçimidir. İdeal ailə avtomobili Santa Fe ilə bütün yollarda təhlükəsiz idarəetmə və geniş interyer rahatlığından zövq alın. Ətraflı məlumatı 989 qısa nömrəsinə zəng etməklə və ya www.hyundai.az veb saytını ziyarət etməklə əldə edə bilərsiniz.

                                                          

“Hyundai Azərbaycan” haqqında

“Hyundai” markasının Azərbaycandakı rəsmi distribyutoru “Auto Azerbaijan” şirkətidir. 1996-cı ildən fəaliyyət göstərən şirkət Hyundai avtomobillərinin satışını, servis xidmətlərini və orijinal ehtiyat hissələrini təqdim edən yeganə rəsmi qurumdur. Ölkəmizdə ilk avtomobil dilerlər şəbəsini qurmuş “Hyundai Azərbaycan” hal hazırda 74000 -dən çox müştəri portfelinə sahibdir. İstər paytaxtdakı, istərsə də, bölgələrdəki müştərilər üçün tam əlçatan olmağı hədəf götürən şirkət, "Hyundai" markasının ölkə üzrə 12 satış və servis mərkəzindən ibarət dilerlər şəbəkəsini formalaşdıraraq avtomobil sektorunda ən geniş xidmət şəbəkəsinə sahibdir