Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2021-11-10 09:21:00

"AUTO Azərbaycan" şirkəti 8 noyabr “Zəfər Günü” münasibətilə tədbir təşkil etdi.





Hyundai markasının Azərbaycandakı rəsmi distribüteri  "AUTO Azərbaycan" şirkəti 8 noyabr “Zəfər Günü” və İkinci Qarabağ Müharibəsi zamanı ordu sıralarında döyüşə qatılaraq hünər və şücaət göstərən şirkət əməkdaşlarına təşəkkür məqsədilə  tədbir təşkil etdi.

Tədbir zamanı Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş və xalqımızın qürur mənbəyinə çevrilmiş Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Daha sonra NAB şirkətlər qrupunun Direktoru Can Öztürkün də iştirak etdiyi tədbirdə İkinci Qarabağ Müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda ordu sıralarına qatılan şirkət əməkdaşlarına nümunəvi əməkdaş olduqlarına görə təşəkkürnamələr və müxtəlif hədiyyələr təqdim edilib. 

Şirkət rəhbərliyi tərəfindən mürahibə iştirakçıları olan şirkət əməkdaşlarının timsalında şəhidlərimizə, qazilərimizə və ümumilikdə bütün müharibə iştirakçılarına dərin minnətdarlıq bildirilib.

1996-cı ildən bəri fəaliyyət göstərən "Auto Azərbaycan" şirkətinin fəaliyyəti təkcə bizneslə məhdudlaşmır. Mövcud olduğu cəmiyyətin bir hissəsi olmaqla onun gələcək inkişafı üçün məsuliyyət daşıdığını dərk edən şirkət yalnız öz müştərilərini və biznes maraqlarını düşünmür, ümumilikdə hər bir Azərbaycan vətəndaşının qarşılaşdığı problemlərin bir hissəsini aradan qaldırmaq üçün hər zaman səmərəli addımlar atır. 

Qeyd edək ki, "Auto Azərbaycan"  şirkəti II Qarabağ döyüşləri müddətində bir çox sosial yönümlü layihələrdə iştirak edib və "Gələcəyimiz Üçün Əl-ələ" layihəsi adı altında bu istiqamətdə müxtəlif layihələri davamlı olaraq həyata keçiriməyi planlaşdırır.