Search
Please input text for search

Xəbərlər

Ən son yeni Hyundai Motor Xəbərlərini əldə edin.

2023-08-10 12:00:00

Hyundai Motors SANTA FE modelində böyük dəyişikliklər həyata keçirir.





Hyundai Motor tam yeni Santa Fe modelini bu gün rəqəmsal dünya premyerası vasitəsilə onun daha geniş olmasını xarakterizə edən “Daha çoxuna açıq” konseptində təqdim etdi.


Birinci nəsildən dördüncü nəslə qədər davam edən və bu yaxınlarda satışa çıxarılan beşinci nəsillə yekunlaşan Santa Fe modelinin irsini və simvolik əhəmiyyətini xatırlamaq üçün qlobal təqdimat tədbiri və dünya premyerasının çəkilişləri Meksikanın Santa Fe bölgəsində baş tutdu. Meksika, Santa Fe modeli üçün ilham mənbəyidir.


Həmçinin Hyundai Motor tam yeni Santa Fe modelinin rəqəmsal dünya premyera filmini şirkət kanallarında yayımladı Linkə keçid edib, videonu izləyə biləsiniz: https://youtu.be/74mCRZl1YPI


Hyundai Motor şirkətinin prezidenti və baş icraçı direktoru Jaehoon Chang, "23 il əvvəl birinci nəsil SANTA FE-nin debütündən bu yana bu SUV avtomobili bütün dünyada milyonlarla müştərinin qəlbini fəth etdi" dedi. “Yeni Santa Fe-nin dəbli dizaynı və güclü SUV xüsusiyyəti öz seqmentində sərhədləri aşacaq.”