Auto Azərbaycan loyallıq proqramı
Auto Azərbaycan loyallıq proqramı bu proqrama qoşulmuş müştərilər üçün bir çox fayda və fürsətlərdən yararlanmaq imkanı yaradır. Proqram iştirakçıları aşağıdakı üstünlüklər əldə edəcəklər:
- Loyallıq proqramı iştirakçıları üçün xüsusi aksiyalar təklif olunacaq;
- Keçirilən kampaniyalar haqda müştərilər əlavə məlumat alacaqlar;
- Servisə gəldikdə növbədən keçmə sürəti artacaq;
- Servis xərclərindən bonuslar əldə edəcəklər.
- Aksiyalar çərçivəsində verilən bonuslar hər bir avtomobilə tanıdılmış loyallıq kartına individual olaraq yazılacaq.
Loyallıq proqramı haqda təlimat.
Loyallıq proqramından faydalanmaq üçün Auto Azərbaycan şirkətinin hazırladığı kartı pulsuz olaraq Otoplaza dilerindən əldə etmək lazımdır. Loyallıq kartı təqdim edən müştərilər xüsusi şərtlər çərçivəsində ehtiyat hissəsi alarkən və servis xidmətlərindən istifadə zamanı hədiyyə bonusları qazanacaq. Bu bonuslar vasitəsi ilə Otoplaza dileri ehtiyat hissə dükanında və servis xidmətlərindən istifadə zamanı ödəniş edilə bilər.
Loyallıq kartı:
- müştərilərə ödənişsiz verilir;
- müddətsizdir;
- yalnız Otoplaza dilerində istifadə edilə bilər.
Loyallıq kartları kimlərə verilir
- İstənilən zəmanətli və zəmanətsiz Hyundai minik avtomobili sahibi olan fiziki şəxs.
- Otoplaza salonundan yeni avtomobil alan müştərilər
- Ehtiyat hissələri dükanından VİN nömrəsi ilə ehtiyat hissəsi alan bütün Hyundai sahibləri.
Kartın sahibinin dəyişməsi və bonusların transferi.
- Bir karta bir avtomobilin bağlanması mümkündür.
- Kartın sahibinin dəyişməsi və toplanmış bonuslardan kartn yeni sahibinin istifadəsi mümkündür.
- Bir avtomobil üçün toplanmış bonuslardan digər avtomobil üçün istifadə etmək mümkün deyil.
Kartın 1-ci sahibi avtomobilini satarkən həmin avtomobilə bağlanmış kartı yeni müştəriyə verməlidir və avtomobilin yeni sahibi kartı öz adına keçirməklə kartda toplanmış bonuslardan istifadə hüququ əldə edəcək.
Bonusların hesablanması və istifadəsi
- Zəmanət halları, sığorta, 3-cü tərəfin gördüyü işlər bonus qazandırmır.
- Kampaniya çərçivəsində görülən işlər bonus qazandırmır.
- Bonuslar loyallıq kartı hesabına yalnız tam ödəniş olunduqda yazılır.
- Bonuslar nağdlaşdırıla bilməz.
- Qazanılmış bonuslar 24 ay aktiv qalır.
- Servisdə və ya dükanda ödəniş zamanı bonuslardan istifadə edildikdə qiymətin nağd şəkildə ödənmiş hissəsi bonus qazandırır.
Loyallıq kartı “Auto Azərbaycan” şirkətinin mülkiyyəti hesab edilir. Kart itirilərsə, bu barədə CustomerServices@autoaz.az e-mail adresinə və ya 989 çağrı mərkəzinə məlumat verilməlidir.
Auto Azərbaycan şirkəti istənilən an öncədən xəbərdar etmədən şərtlərə və qaydalara istənilən dəyişiklik hüququnu özündə saxlayır.