Arzuladığınız qədər cəsur olun - Tucson ilə siz əminlikdəsiniz.
Tucson-da tətbiq olunan qabaqcıl idarəetmə texnologiyaları sizin hər zaman güvənə biləcəyiniz sərt təhlükəsizlik şərtlərinə sahibdir.
Hər şeyə hazırdır.
Hyundai SmartSense texnologiyalarının imkanları idarəetməni daha da təhlükəsiz etmək və asanlaşdırmaq üçün daima genişləndirilir və təkmilləşdirilir.

HTRAC Tam Ötürücü idarəetmə
HTRAC elektron tam ötürücü idarəetmə sistemi olub avtomobilin sürəti və yol şəraitini avtomatik qeydə alır, sağ və sol təkərlərin əyləcinə nəzarət edir, ön və ara oxlar arasında aktiv fırlanma anını əlavə edir, beləliklə də sürüşkən yollarda idarəetmənin və dönmənin stabilliyini təmin edir.

Ön Qəzadan Yayınmada Köməkçi Sistem - Qovşaqda Dönmə (FCA - JT)
FCA imkanları, Qovşaq Dönmə funksiyası daxil edilərək genişləndirilmişdir. Hərəkət zamanı yol ayrıcında sola dönərkən qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşma riski varsa, funksiya avtomatik olaraq təcili əyləcdə kömək edir.

Sürücünün Diqqəti Xəbərdarlığı
DAW, sürücü avtomobili idarə edərkən, sürücünün diqqət səviyyəsini təhlil edən və xəbərdarlıq edən bir sürücülük təhlükəsizliyi funksiyasıdır.

Təhlükəsiz Çıxış Xəbərdarlığı
SEW, sərnişin avtomobildən çıxarkən arxadan bir nəqliyyat vasitəsi yaxınlaşdıqda xəbərdarlıq edən sürücülük təhlükəsizliyi funksiyasıdır.

Ölü Zonaya Nəzarət Monitoru (BVM)
Sürücü hərəkət zolağını dəyişmək üçün siqnal verdikdə, ölü zonada olab nəqliyyat vasitəsi ilə toqquşma riski aşkar edildikdə xəbərdarlıq edilir; zəruri hallarda, toqquşmanın qarşısını almaq üçün avtomatik olaraq əyləc tətbiq olunur.

Ətrafa Nəzarət Monitoru (SVM)
Avtomobilin ətrafındakı vəziyyəti, üst görünüşdən, öndən, arxadan, soldan və sağdan böyütmək / uzaqlaşdırmaq da daxil olmaqla müxtəlif görünüşlərdən göstərən parketmə təhlükəsizliyi funksiyası.